• $
  • €
  • ₽
  • ₺
  • £

Bu maşınların aksiz vergi dərəcələri ARTIRILIR

Bu maşınların aksiz vergi dərəcələri ARTIRILIR
07.12.2021 16:32
"Bu gün ölkədə avtomobillərlə bağlı gömrük rüsumunun artırılması gündəmdə deyil. Lakin ölkəyə gətirilən yüngül minik avtomobillərinin aksiz vergisinin dərəcələri müəyyən kateqoriya avtonəqliyyat vasitələri üzrə gələn il yanvarın 1-dən etibarən artırılacaq, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində deyib. 
 
O qeyd edib ki, gələn il yanvarın 1-dən Vergi Məcəlləsi ilə bağlı qanun layihəsinin qüvvəyə minməsi gözlənilir. Bu təqdirdə mühərrikin işlək həcmi 3 min kub santimetrdən yuxarı və zavod buraxılış tarixi 3 ildən yuxarı olan avtomobillərin aksiz vergi dərəcələri dəyişdiriləcək.
 
"3001 kub sm-dən 4 min kub sm-dək aksiz vergi dərəcələri 13 manatdan 15 manata, 4001 kub sm-dən 5 min kub sm-ə qədər olan avtomobillərin aksiz vergisinin dərəcəsi 35 manatdan 40 manata, 5001 kub sm-dən yuxarı olanlar isə 70 manatdan 80 manata qaldırılır. Bu qərar 1 ildən 3 ilədək istehsal tarixi olan nəqliyyat vasitələrinə şamil edilməyəcək”, - deyə o bildirib. 
 
Hüseynov əlavə edib ki, 2019-cu ilin yanvarın 1-dən tam elektrik mühərrikləri ilə təchiz olunan avtomobillər əlavə dəyər vergisindən azad olunublar. Bu ildən isə hibrid avtomobillərin əlavə dəyər vergisindən azad olunması nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol