282 nömrəli məktəb şagirdinin hərəkətləri araşdırılır

282 nömrəli məktəbin şagirdi olan S.T ( şərti ad red.)barədə yayılan məlumatlar arasında şişirdilənlər var, bunu anews.az-a açıqlamasında məktəblinin qardaşı Ə.Q (şərti ad red.) anews.az-a bildirdi.
O dedi ki, məlumatları təkzib etmir.
"Guya qardaşım müəllimi döyüb, dərsdə bıçaq çıxarıb. Bunların hər biri yanlış məlumatlardır. Xahiş edirəm araşdırın. Dünən anamı gördüm, halı çox pis idi. Ona görə gəlmişəm ki, direktorla danışım. Dünən direktor anamı qəbul etməyib. Hazırda anamın himayəsindəyəm, ailədə iki qardaşıq"- , deyə o əlavə edib.
Sözügedən məktəbin musiqi müəllimi Nazilə Məmmədova Anews.az-a bildirib ki, müəllimləri hədələyir; "anama deyərəm sizi şikayət edər, sizi işdən çıxardarlar'' kimi ifadələr səsləndirir.
Məktəbdən verilən məlumata görə, məktəbin 7c sinif şagirdi sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Həmin şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.
"O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir", - deyə məlumatda bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, şagirdlə bağlı idarə müvafiq araşdırma aparır.
"Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə idarədən bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də Bakının Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir
O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:
www.anews.az
O dedi ki, məlumatları təkzib etmir.
"Guya qardaşım müəllimi döyüb, dərsdə bıçaq çıxarıb. Bunların hər biri yanlış məlumatlardır. Xahiş edirəm araşdırın. Dünən anamı gördüm, halı çox pis idi. Ona görə gəlmişəm ki, direktorla danışım. Dünən direktor anamı qəbul etməyib. Hazırda anamın himayəsindəyəm, ailədə iki qardaşıq"- , deyə o əlavə edib.
Sözügedən məktəbin musiqi müəllimi Nazilə Məmmədova Anews.az-a bildirib ki, müəllimləri hədələyir; "anama deyərəm sizi şikayət edər, sizi işdən çıxardarlar'' kimi ifadələr səsləndirir.
"Sözügedən uşaq dərsdə uşaqların fikrini yayındırır, müəllimlərə cavablar qaytarır, bəzən müəllimləri hədələyir", -deyə bildirib.
Məktəbdə təhsil alan digər şagirdlər də faktı təsdiqlədi.
"O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir", - deyə məlumatda bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, şagirdlə bağlı idarə müvafiq araşdırma aparır.
"Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür", - deyə idarədən bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də Bakının Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir
O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir:
"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq", - deyə Hacıyev bildirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























