Baş nazirdən Şuşa barədə daha bir - Qərar

Nazirlər Kabineti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı daha bir qərar qəbul edib.
Sənədə əsasən, mədəniyyət sahəsində elektron məlumat sisteminin iştirakçılarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də əlavə olunub.
Şuşa şəhərinin ərazisində milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədilə görülmüş tədbirlər, həyata keçirilən və maliyyələşdirilən layihələr, mədəniyyət sahəsində həyata keçirilən dövlət monitorinqləri, mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmış mühafizə müqavilələri, ərazidə aparılmasına icazə verilmiş arxeoloji qazıntılar və elmi tədqiqat işləri, onların hesabatı, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri barədə məlumatların yerləşdirilməsi üzrə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi cavabdehlik daşıyacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























