• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidin anım günündə çəkilişə polis müdaxilə edib? - Video

Şəhidin anım günündə çəkilişə polis müdaxilə edib? - Video
07.12.2021 22:37
Sosial şəbəkələrdə Şəmkir rayonunda Vətən Müharibəsi şəhidi Təbriz Namazovun anım gününə polisin müdaxilə etməsi barədə iddialar yayılıb. Qeyd olunub ki, polis mərasimdə dronla çəkiliş aparılmasına icazə verməyib.

"Qafqazinfo” xəbər verir ki, məsələyə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov münasibət bildirib.

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının Vətən Müharibəsi şəhidi Təbriz Namazovun şəhadətə ucalmasının birinci ildönümü münasibətilə keçrilən tədbirdə videoçəkiliş aparılmasına icazə verməməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.

Məlumat üçün deyim ki, dekabrın 6-da rayonun Aşağı Seyfəli kəndində keçirilən tədbirdə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, havadan dronla rəqəmsal çəkiliş aparmaq istəyiblər. Polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada çəkilişi dayandırıb.

Avadanlıq sahibi Elşad Tağıyev avadanlığı ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə gətirilib. Şöbədə onunla söhbət aparılıb və bildirilib ki, ərazidə hərbi-strateji obyektlər olduğundan havadan çəkiliş aparılması qadağandır.

Daha sonra Elşad Tağıyevə avadanlığı təhvil verilib və o, sərbəst buraxılıb. Onu da qeyd etmək istəyirəm ki, istər tədbir iştirakçıları, istərsə də tədbirdə olan mətbuat nümayəndələri digər növ çəkilişlərdən istifadə edərək tədbir barəsində ictimaiətə geniş məlumatlar veriblər”, - DİN rəsmisi qeyd edib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol