• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib

Azərbaycan yeni tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib
08.12.2021 10:28
İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər, bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik.
 
"Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər. Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə sərbəst sulara bağlıdır və Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”, - deyə o bildirib. 

Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.

"Biz bu layihənin pilot mərhələsini [cari İran təqvimi] ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”, - deyə o əlavə edib. 

İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir və ölkə bir neçə mühüm beynəlxalq dəhlizdən keçir.

İranın cənubunda dünyanın əsas neft hasil edən ölkələrinin yerləşdiyi Fars körfəzi var. Bu bölgə dünyanın enerji darboğazı hesab olunur.

İranın şimalında İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında ən yaxşı körpü olan və bu ölkələr arasında ticarətdə mühüm rol oynaya biləcək Xəzər dənizi yerləşir.

İran qərbdən və şərqdən İraq, Türkiyə, Pakistan və Əfqanıstanla həmsərhəddir. Yəni demək olar ki, İran 15 ölkə ilə quru və su sərhədləri vasitəsilə əlaqə saxlayır və eyni zamanda bu ölkələr arasında (bir-biri ilə və dünyanın digər hissələri ilə) körpü rolunu oynaya bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol