• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik tələbələrin narazılığına münasibət bildirdi

Nazirlik tələbələrin narazılığına münasibət bildirdi
08.12.2021 11:07
Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib.
 
Nazirlikdən  bildirilib ki, tələbə təhsil kreditləri üçün arayış tələbi yoxdur.
 
Kredit sistemindən qeydiyyatdan keçmək üçün 18 yaşından aşağı şəxslərdən "ASAN login" tələb olunmur: "Onlar notarial ərizə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Həmçinin sosial kredit növündə bal tələbi yoxdur. Standart növdə 300 bal var, o da ilk ilin ilk semestri üçündür. Növbəti semestrlərdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınır".
 
Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu qeyri-kommersiya hüquqi şəxsdir: "Qurumun məqsədi mənfəət əldə etmək yox, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fondun əsas hədəflərindən biri tələbələrin dərslərini yaxşı oxumaqlarına stimul yaratmaqdır. Təklif edilən kredit faizləri də cüzi və simvolikdir. Bu, ölkədaxili kommersiya banklarının təhsil krediti faizinə və ya digər ölkələrin zamin, girov şərtləri ilə müqayisə də edilə bilər. Qaytarılan vəsaitlə bağlı isə hesablama apararkən diqqətli olmaq lazımdır”.
 
"Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir, daha əvvəlki semestrlərdə olması hüquq məhdudlaşdırmır”, - nazirlikdən qeyd edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol