Nazirlikdən şagirdlərə xəbərdarlıq

Təhsil Nazirliyi: "Şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər aparılır"Təhsil Nazirliyindən məktəblilərin təhsildən yayınması ilə bağlı açıqlama verilib.Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər, əsasən, davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. Nazirlikdən bildiriblər ki, icra nümayəndəlikləri, müvafiq hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər:"Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar".Nazirlikdən məktəbdən yayınma hallarının qarşısı alınması məsələsinə də aydınlıq gətiriblər:"Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























