Peşə təhsilinə qəbul olanların sayı artıb

Son dövrlərdə peşə təhsilində artım müşahidə olunur. Peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı 26 600 nəfərdir, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına hər hansı bir ixtisası olmadan daxil olur.
"9-cu sinfi bitirir, əlində attestatı var, heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir yenə də eyni problem. Bütün təhsil müəssisələrində oturacaqların sayı ilə doğulan uşaqların sayı arasında da bəlli bir fərq var. Bu fərq ona görədir ki, bir çox hallarda insanlar təhsillərini davam etdirmək istəmir", - deyə o bildirib.
www.anews.az

Ali təhsil məsələsinə gəldikdə isə nazir deyib ki, 1990-cı illərin əvvəlində ali məktəblərə qəbul planı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır.
"Son 5 ildə ərizə verənlərlə qəbul olanlar arasında fərq fərq 2-dən aşağı düşüb. Hazırda qəbul planı 48 mindirsə, ərizə verənlərin sayı təxminən 80-90 min olur. Hər il ali təhsil müəssisələrinə rekord sayda qəbul olur", - deyə o əlavə edib.
Emin Əmrullayev deyib ki, artıq yüksək peşə ixtisasları da açılıb, bunun fərqi odur ki, kollec məzunları subbakalavr pilləsində ali məktəblərə qəbul ola bilir.
"Bundan sonra peşə təhsilində artım labüddür. Qısa müddətli peşə hazırlığı və ya təlimlər də olduqca innovativ həll yoludur. Çünki bir çox ixtisaslar yenidir, həm bizim üçün, həm də dünya üçün. Ənənəvi sahələr yavaş-yavaş sıradan çıxıb, yeni sahələr daxil olur. Bu kurslara 3-6 müddətində cəlb olunanların demək olar ki, yarısı işlə təmin olunur", - deyə o bildirib. (apa.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib