Nazir işlə təmin olunan şəxslərin sayını açıqladı

"Məşğulluq marafonu" avqustında elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edib, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Karyera İnkişaf Forumu"nda deyib.
Onun sözlərinə görə, bu günədək 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib.
"Vətən miharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşgulluq marafonu ilə yox həm də özünəməşğulluq proqramları ilə əhatə olunublar. 6000-dən çox ailə özünəməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə, 8000-dən çox şəhid ailəsi, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək", - deyə o bildirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























