Bayram Məmmədovun ölümü ilə bağlı istintaq QƏRAR VERDİ

Müasir Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsi NİDA-çı gənc Bayram Məmmədovun Türkiyədə vəfat etməsinə dair aparılan istintaqla bağlı açıqlama yayıb.
Açıqlamada Bayram Məmmədovun cəsədinin 2021-ci il mayın 2-də Kadıköydə dənizdən çıxarıldığı, dostlarının mayın 4-də Adli Tıp Kurumunda nəşini tanıdıqları qeyd olunur.
"İstintaq materiallarına daxil edilmiş Adli Tıp Kurumunun 29.11.2021-ci il tarixli ekspertiza rəyi ilə Bayram Məmmədovun suda boğularaq öldüyü müəyyən edilmişdir. Ekspertiza rəyinə uyğun olaraq, Prokurorluq 2021-ci il 7 dekabr tarixində məhkəmə təqibinin aparılmaması barədə qərar qəbul edib”, - deyə açıqlamada bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























