Daha bir deputat Saleh Rüstəmovla bağlı Prezidentə müraciət etdi

Milli Məclisin deputatı Etibar Əliyev həbsdə aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Bu haqda o sosial media hesabından paylaşım edib.
"Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram”-deyə, o, paylaşımında qeyd edib.
Ötən gün deputat Vahid Əhmədov ölkə Prezidentinə Saleh Rüstəmovla bağlı müraciət edib. Deputat dövlət başçısından humanizm prinsiplərini əsas tutaraq, Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləri çərçivəsində yardımçı olmağı xahiş etmişdi.
Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov hazırda atasının vəziyyətinin pisləşdiyini və xüsusi nəzarətə götürüldüyünü bildirib.
www.anews.az
Bu haqda o sosial media hesabından paylaşım edib.
"Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram”-deyə, o, paylaşımında qeyd edib.
Ötən gün deputat Vahid Əhmədov ölkə Prezidentinə Saleh Rüstəmovla bağlı müraciət edib. Deputat dövlət başçısından humanizm prinsiplərini əsas tutaraq, Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləri çərçivəsində yardımçı olmağı xahiş etmişdi.
O bu təşəbbüsün "Saleh Rüstəmovun hüquqlarının müdafiə Komitəsi"ndən gəldiyi qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























