8 nəfərə saxta əlillik dərəcəsi verib - RƏSMİ

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Aparılan istintaqla Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim Məsləhət Komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş Fəxrəddin Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim Məsləhət Komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Əminə Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Qarayeva, Şəmkir rayon sakinləri - Kifayət Abdıyeva və Həbayət Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























