Ödəmə terminallarının sayı artırılır

"BakıKart” sisteminə inteqrasiya olunan "MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verib.
Daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən "MilliÖn” terminalları vasitəsilə də "BakıKartın” balansını artıra biləcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























