• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xüsusi təyinatlılarına təslim olan 62 erməni diversantın - Etirafları

Azərbaycan xüsusi təyinatlılarına təslim olan 62 erməni diversantın - Etirafları
08.12.2021 21:48
Erməni hüquq müdafiəçisi Vaan Oqanesyan 44 günlük müharibə başa çatandan sonra Azərbaycan ərazisinə daxil olan və xüsusi təyinatlılar tərəfindən saxlanılan erməni diversantların etiraflarını dərc edib.

"Qafqazinfo” xəbər verir ki, V.Oqanesyan Azərbaycan tərəfinə könüllü olaraq təslim olan ermənilərin etiraflarını öz Feysbuk hesabında paylaşıb.

"Biz 62 nəfər idik, onlar bizim tərəfə gəlməyə davam edirdilər. Mövqedə 15-20 dəqiqə gözlədikdən sonra nə baş verdiyini anlamaq üçün əsgərlərə yaxınlaşmağa qərar verdik. Onlardan biri rus dilində səlis danışaraq narahat olmamağımızı dedi, buna görə biz də təslim olduq.

Mən yaxınlaşdım və gördüm ki, onlar 4-5 nəfərdirlər. Ocağın yanında daha 3-4 azərbaycanlı dayanmışdı”, - deyə Azərbaycandan qayıdan diversantlardan S.Q. deyib.

"Biz bütün qərargahla mövqeni tərk etdik. Növbə ilə silahımızı azərbaycanlılara verdik və bundan sonra bizə onlarla getməyimizi dedilər. Orada yeddi azərbaycanlı və onların bir komandiri var idi”, - deyə R.K. qeyd edib.

S.P. adlı diversant isə belə bildirib: "Axşam təqribən 8-də göstərilən mövqelərə getdik və orada "Yaşma” xüsusi təyinatlılarının dəstəsini gördük. Onlar 6-7 nəfər idilər və biz silahımızı təhvil verməyə qərar verdik”.

"Naməlum əraziyə çatanda qarşımıza təqribən 6-8 nəfərdən ibarət azərbaycanlı xüsusi təyinatlı dəstəsi çıxdı. Onlar özlərini təqdim etdi və silah-sursatlarımızı, hərbi formalarımızı təhvil verməyimizi təklif etdilər”, - deyə N.D. söyləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol