Ermənistanda əsirlər siyahısında dələduzluq

Ermənistanın hərbi polisi hərbi əsir və itkin düşmüş şəxslərin siyahıları ilə manipulyasiya faktını aşkarlayıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, hərbi polisə müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən 2021-ci ilin yanvar ayında hərbi qulluqçu və könüllü olmayan vətəndaş R.A.nın əsir və itkin düşmüş şəxslər siyahısına daxil edilməsi barədə faktlar daxil olub.
Faktla bağlı bu il dekabrın 7-də Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ("Vəzifə öhdəliklərinə səhlənkarlıq”) üzrə cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























