• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsi iştirakçısına niyə əlillik verilmir? - Rəsmi açıqlama

Vətən Müharibəsi iştirakçısına niyə əlillik verilmir? - Rəsmi açıqlama
08.12.2021 23:06
Vətən Müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviçə əlillik təyin olunmaması ilə bağlı iddialar yayılıb. Bildirilib ki, əlillik dərəcəsinin müəyyən olunması üçün tibbi-sosial ekspert komissiyası ona əlillik dərəcəsi verməkdən imtina edib.

"Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlama yayıb.

O bildirib ki, Vətən Müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Nurəhmədov Rəşid Raidoviç 08.04.2021- ci il tarixində yerli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə edilib:
"10.08.2021-ci il tarixində isə əlilliyin qiymətləndirilməsi ilə bağlı şəxsə dair Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə göndəriş daxil edilib.

Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoz əlilliyə əsas vermədiyi üçün Rəşid Nurəhmədov barədə imtina qərarı verilib. Vətəndaşın şikayəti nəzərə alınmaqla o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir daha əyani müayinəyə cəlb ediləcək.

Rəşidin ailəsinə sığorta ödənişi (2750 manat) və "YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.

Onu da bildirim ki, Vətən Müharibəsi iştirakçısının sosial şəbəkə səhifələrində yayılan fotosu hazırkı vəziyyətini əks etdirmir. Rəşadın aprel ayında əyani müayinə zamanı çəkilmiş fotosunu təqdim edirəm”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol