Dənizdə tapılan kişi meyiti ilə bağlı SOCAR-dan AÇIQLAMA

Məsələ ilə bağlı Su Nəqliyyatında Polis İdarəsi ilə daim əlaqə saxlanılır, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
"Bizə verilən son məlumata görə, bu qalıqların 2015-ci ildə itkin düşmüş Bəhmən Cəfərova aid olduğu ehtimal edilir və buna görə onun oğlu da ekspertizaya cəlb olunub. Lakin ekspertizanın nəticəsi hələ müəyyən olunmayıb”, - deyə o bildirib.
Xəzər dənizində, "Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.
İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























