• $
  • €
  • ₽
  • ₺
  • £

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı - YENİLƏNİB - VİDEO

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı - YENİLƏNİB - VİDEO
09.12.2021 15:57
"Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Lənkəran sakini Əliyev Sabir bu gün səhər saat 08:05-də idarə binasının yaxınlığına gələrək "Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus "VAZ 2115” markalı, 42-BO-756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra "Azərişıq” ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.

Onu da qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.

Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı "Azərişıq” ASC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.
 
***** 

Lənkəranda "Azərişıq” əməkdaşının maşınını yandıran şəxsə cinayət işi açılıb.

Lənkəran Sabir Əliyev "Azərişıq” ASC-nin əməkdaşı Rauf Kərimovun "Ləvəngi dairəsi” kimi tanınan ərazidə park etdiyi "VAZ 21015” markalı avtomobilini yandırıb.

Avtomobilin müəyyən hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumata görə, yanğın zamanı avtomobilindən sənədlərini, pul və əşyalarını çıxarmaq istəyən Rauf Kərimov müəyyən dərəcədə yanıq xəsarətləri də alıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, Sabir Əliyev barəsində Cinayət Məcəlləsinin 221.1-ci və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Əliyev şübhəli şəxs qismində tutulub.

Müvafiq istintaq hərəkətləri davam etdirilir.
 
******

Lənkəranda vətəndaş onun işığını kəsən "Azərişığ"ın əməkdaşının maşınını yandırıb.
 
Şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. "Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.
 
Sabir Əliyev bundan əsəbiləşərək Rauf Kərimova məxsus, "Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı "VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.
 
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə o əlavə edib. 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol