Nazirlik şəhid anasının pensiyasını KƏSDİ

Mingəçevirdə şəhid anasının xəstəliyə görə sosial pensiyası kəsilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "qaynar xətti" zənglərə cavab vermir.
www.anews.az
Məsələ ilə bağlı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Emin Firqət oğlu Rüstəmzadənin anası Kəmalə Rüstəmova bildirib ki, o, ikinci qrup əlildir:
"Onkoloji xəstəliyimə görə iki dəfə əməliyyat olunmuşam. 2-ci qrup əlil olduğum üçün dövlət tərəfindən hər ay 130 manat əlillik pensiyası alırdım. Son 4 aydır ki, əlillik üzrə sosial pensiyam dayandırılıb. Səbəb olaraq təkrar müayinədən keçməyimin vacib olduğunu bildirdilər. Bütün tələblərə riayət etməyimə baxmayaraq nə cavab verən var, nə də ölçü götürən. Btün aidiyyatı qurumlar məsələdən xəbərdardır. Həyat yoldaşım Firqət kişi "142" qaynar xətt nömrəsinə dəfələrlə zəng edib. Ən üzüntülü məsələ odur ki nazirlik rəsmiləri telefon zənglərimizə cavab vermir. Yeganə oğul övladımı Vətən Müharibəsində itirmişəm. Oğlumun İnci və Nura adlı iki qız övladı var. Onlar da mənim himayəmdədirlər. Bir şəhid anası olaraq əlillik pensiyamın bərpa edilməsinə yardım göstərilməsini xahiş edirəm".
Şəhid Emin Rüstəmzadə ailənin yeganə oğul övladıdır. Onun bir bacısı var. Övladları və xanımı valideyinləri ilə birgə yaşayır. Şəhidimiz "Suqovuşanın azadlığı uğrunda", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülüb.(Unikal.org)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























