Azərbaycanda kənd məktəblərində narkotik tapılıb? - AÇIQLAMA

Məktəblilər və tələbələr arasında narkotik istifadəçilərinin olması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Heç bir fakt yoxdur. Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün "siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta feyk-nyuslar belə diqqətdən kənarda qalmır. Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr də daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur”, - deyə o əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























