• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər Türkiyə vətəndaşı təhsil alır?

Azərbaycanda nə qədər Türkiyə vətəndaşı təhsil alır?
09.05.2014 19:09
“Azərbaycanda təhsil alan əcnəbi vətəndaşların böyük hissəsi Türkiyə, İran, Türkmənistan, Gürcüstan, Rusiya, Çin və  İraq vətəndaşlarıdır. Əcnəbi vətəndaşlar daha çox tibb, memarlıq, neft, iqtisadiyyat və humanitar ixtisaslara üstünlük verirlər”. 
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycanda təhsil alan 4961 əcnəbi tələbədən 2663-ü Türkiyə vətəndaşıdır. Türkiyə vətəndaşlarından bakalavriat təhsil səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 2050, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı 174, doktorantura səviyyəsi üzrə təhsil alan tələbələrin sayı isə 104-dür.  
 
Türk tələbələr Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetinə daha çox üstünlük verirlər.
 
Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir. Xaricdə təhsil alan azərbaycanlı tələbələr tibb, iqtisadiyyat, İKT, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi kimi ixtisaslara daha çox üstünlük verirlər.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol