""ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib - ƏMR

""ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar ""ASAN müraciət" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Qərarda vətəndaşların kommunal, yol, nəqliyyat problemləri və ictimai əhəmiyyət kəsb edən digər məsələlər üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı müraciətlərini elektron xəritə üzərində qeyd olunaraq aidiyyəti dövlət qurumlarına operativ surətdə göndərilməsini təmin edən "ASAN müraciət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyanın hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilib.
Qərarın qəbulu vətəndaşların "ASAN müraciət” informasiya sistemi vasitəsilə yuxarıda qeyd edilmiş məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılmasında operativliyin təmin olunmasına və ictimai nəzarətin daha da təkmilləşməsinə xidmət edəcək.
"ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən 10 qurum var.
Həmin qurumlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2. Yerli icra hakimiyyəti orqanları
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
4. Dənizkənarı Bulvar İdarəsi
5. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
6. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
7. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
8. "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
9. "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























