• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-nin yeni inzibati binalarının açılışı oldu

FHN-nin yeni inzibati binalarının açılışı oldu
09.05.2014 18:37
Bu gün Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu ərazisindəki yeni inzibti binalarının açılışı olub.
ANN.Az-ın FHN-nin saytına istinadən xəbərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının ərazisində ucaldılmış Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.  
 
K.Heydərov FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada H.Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlə, texniki və aerodinamika sinif otaqları, habelə aviaparkla tanış olub.   
 
Sonra K. Heydərov və kənd təsərrüfatı naziri Heydər Əsədov FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarəsinin Sənqəçaldakı yeni inzibati binası və elevatorunun açılışında iştirak ediblər. K.Heydərov ən yüksək standartlara cavab verən idarəetmə məntəqəsində də olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Bu gün fövqəladə hallar naziri, general-polkovnik K.Heydərov həmçinin FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni inzibati binası və idman zalının açılışını edib. Nazir burada yaradılmış şəraitlə tanış olub, xilasedicilər və kinoloqların təlimlərini izləyib. Partlayıcılar və əl qumbaralarının zərərsizləşdirilməsində istifadə olunacaq robotların təqdimatı da olub.    
 
Sonra FHN Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ rayon Hissəsinin Sənqəçal qəsəbəsindəki 14 və 15 saylı bölmələrinin açılışı olub. K.Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binalardakı dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq  tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu bölmələrin istifadəyə verilməsi ilə Qaradağ rayonunda FHN Dövlət Yanğından Mühafizə Xidməti bölmələrinin sayı 6-ya çatıb. 
 
H.Əliyevin anadan olmasının ildönümü münasibətilə fövqəladə hallar naziri K.Heydərov bu ərazidə istifadəyə verilmiş yeni yaşayış binasında nazirliyin strukturlarının əməkdaşlarına yeni mənzillərin açarlarını da təqdim edib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol