• $
  • €
  • ₽
  • ₺
  • £

183 bağçanın rəhbərliyi cəzalandırılıb

183 bağçanın rəhbərliyi cəzalandırılıb
09.12.2021 16:40
2021-ci ilin oktyabrın 4-dən ölkə üzrə fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb. 220 məktəbəqədər təhsil müəssisələrinin 205-də 1236 nöqsan aşkarlanıb. 183 müəssisənin məsul şəxsləri barədə inzibati qaydada tədbirlər görülür.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.
 
"Yəni, gün ərzində uşağa tələb olunan qidalı maddələr, eyni zamanda kalori çatdırılmır. Nazirlər Kabineti tərəfindən 1994-cü il 9 mart tarixində qəbul olunmuş 103 saylı qərarın 2 və 3-cü əlavələri yaş qrupuna uyğun olaraq 4-6 yaş və 1 yaşdan 4 yaşa qədər olan uşaqların 1 sutka ərzində ərzaq normalarına tələbatını özündə ehtiva edən normativ sənəddir. Orada qeyd olunub ki, mütləq şəkildə menyular tərtib və təsdiq olunarkən birmənalı həmin qərarın 2 və 3 əlavələrinə istinad etmək, orada olan ərzaq siyahısına və hər bir uşaq üçün gün ərzində düşən normalara riayət etmək lazımdır. Çox təəssüf ki, birmənalı olaraq həmin menyularda normalardan kənaraçıxmalar olur. Bunun da nəticəsində uşaqların fizioloji normalara uyğun gündəlik kalori tələbatı təmin olunmur”, - deyə qurum rəsmisi əlavə edib.
 
Hazırkı mərhələdə yoxlamalar dövlət bağçalarında aparılır.  İkinci mərhələdə özəl bağçalarda yoxlamalar başlayacaq. (report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol