• $
  • €
  • ₽
  • ₺
  • £

“Telegram”da video paylaşıb insanları şantaj edənlər tutuldu - VİDEO

“Telegram”da video paylaşıb insanları şantaj edənlər tutuldu - VİDEO
09.12.2021 17:54
"Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
 
Məlumata görə, son dövrlərdə "telegram” sosial şəbəkəsində kanallar yaradaraq müxtəlif yaş kateqoriyasına aid insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb edilməsi barədə müraciətlər daxil olur. Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində "telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində idarə etdikləri "telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir. 
 
Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin "telegram” sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir. 

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyə edir.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol