8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb? - Ailədən açıqlama

Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan 14 yaşlı qızın "mavi balina” oyunundan sonra intihara cəhdi ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, o, idman dərsi zamanı özünü məktəbin üçüncü mərtəbəsindən atıb.
Həmin şagirdin ailə üzvləri baş verənlərlə bağlı "Qafqazinfo”ya danışıb.
"Hadisə baş verən gün onların sinfində idman dərsi olub. Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış qız müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə istəyini təkrarlayıb. Sonda icazə alan şagird 3-cü mərtəbədə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub. Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və ondan içəri keçməsini deyib. Müavin üçüncü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb”.
Ailədən onu da bildiriblər ki, uşağın heç bir psixoloji sarsıntısı olmayıb:
"Araşdırmalarda belə bir şey üzə çıxıb ki, bu hadisə "mavi balina” oyunu ilə əlaqəlidir. Oyun insana psixoloji təsir edir, bu səbəbdən olub. Uşağın vəziyyəti yaxşıdır indi, ayağında zədə var. Ailənin durumu yaxşıdır, heç bir problem yoxdur”.
"Saytlarda yazırlar ki, ata içir, bu dezinformasiyadır. Gəlib araşdırmadan kim nə desə, onu yazırlar. Bu uşaq oktyabrın 19-dan bu oyunu oynayırmış, biz də bilmirdik. Biz özümüz Yutubdan baxmışıq, orada yazılır ki, oyunun 50-ci mərhələsi var, o da intihardır. "Mavi balina” oyunundan söhbət gedir, indi onun adını dəyişdiriblər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























