• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün nazirliyin qarşısına toplaşan narazı qazilərlə bağlı - Açıqlama

Bu gün nazirliyin qarşısına toplaşan narazı qazilərlə bağlı - Açıqlama
09.12.2021 22:26
Bu gün üç qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gəlib. Onlar əlillik təyinatının edilməməsi, eləcə də, bir sıra problemləri olduqlarını iddia ediblər.

"Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlama yayıb.
O bildirib ki, bu gün nazirliyin qarşısına gələn üç qazimizdən birinin - Vətən Müharibəsi iştirakçısı Baxşalıyev Oruc Ağamalı oğlunun hələ ötən aydan əlilik təyinatı aparılıb:

"Əvvəlcə yerli TSEK-də əyani müayinə olunub və sənədləşmə işlərinə də dəstək göstərilərək noyabrın 27-də e-sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında ona əlillik dərəcəsi təyin edilib. Bu barədə qazimizə də məlumat verilib.
Axundov Sinan Nabil oğlunun isə travma alması haqqında arayışı, Mərkəzi Hərbi Həkim Komissiyasının onunla bağlı yekun şəhadətnaməsi yoxdur. Hərbi səbəbdən əlilliyin qiymətləndirilməsi üçün bu sənədlər, həmçinin e-sistemə göndəriş daxil edilməlidir. Qaziyə izah olunub ki, həmin sənədlər təqdim edildikdə, əlilliyi qiymətləndiriləcək.
Digər qazimiz Mütəllimov Vasif Aydın oğlu işlə təmin edilmək istəyir. Bir neçə ay əvvəl ona yanacaqdoldurma məntəqəsində iş təklif edilsə də, istəməyib.

Budəfəki müraciəti zamanı Vasif Mütəllimovun ilkin peşə və ixtisasının olmadığı müəyyən edilib. Ona istədiyi peşəyə yiyələnməsi üçün peşə hazırlıq kursu təklif edilib. Təklifi qəbul edib və istədiyi peşə (bərbərlik) üzrə peşə hazırlığı kursuna cəlb edilməsi üçün qeydiyyata alınıb. Peşə hazırlığı dövründə o, hər ay təqaüdlə də təmin olunacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol