5 koronavirus xəstəsinə cinayət işi açılıb

"COVID-19" infeksiyası ilə bağlı evdə müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 5 koronavirus xəstəsi barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində daha 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























