İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara neçə göndəriş verilib? - RƏSMİ

2021-ci ilin yanvar-sentyabrı ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, həmin şəxslərin 368 nəfəri uşaqlardır. 18 yaşdan yuxarı 5 322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.
"Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir", - deyə agentlikdən bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























