Ombudsman mina xəritələrindən DANIŞDI

Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Ən ciddi problem minalardır. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar", - deyə o, əlavə etdi.
Səbinə Əliyeva həmçinin deyib ki, 10 dekabr İnsan Hüquqları günü olsa da, hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir.
Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir.
"Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür", - deyə o bildirib.
Tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























