Bu zavodun fəaliyyətini dayandırıb- NAZİRLİK

Masallıda Asfalt-beton istehsalı zavodunda işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
www.anews.az
Məlumata görə, nazirliyin yanğında mühafizə xidməti tərəfindən Masallı rayonunda yerləşən "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Təhlükə yaratdığı aşkarlanan məqamlar aşağıdakılardır:
- obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;.
- tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib;
- ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib;
- ərazidə müvafiq yerlərdə yanğına qarşı xəbərdaredici və qadağanedici nişanların quraşdırılması təmin edilməyib;.
- təsərrüfat otağında oksigen balonlarının, anbar otağında propan qaz balonunun saxlanılmasına, anbarda mövcud olan malların isə yanğın təhlükəliliyi göstəricilərinə uyğun olmadan yığılmasına yol verilib;
- müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib;.
- daşınmaz əmlakın icbari sığorta olunması təmin edilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























