Tərtərdə məktəbə hücum olub - YENİLƏNDİ

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.
Hadisə rayonun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.
Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.
Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov bildirib ki, bu barədə rayon şöbəyə heç bir məlumat verilməyib.
"Sizin müraciətiniz əsasında məlumat almışıq və dərhal araşdırma aparılması üçün göstəriş verilib”, - deyə o əlavə edib.
Məktəbdə İkinci Qarabağ müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, hazırda aidiyyatı orqanlarla birlikdə hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə məlumat veriləcək
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























