Daha bir “Azərişıq” əməkdaşı hücuma məruz qaldı

Dünən Azərbaycanda "Azərişıq” əməkdaşları ilə bağlı kriminal hadisələrdən biri də Biləsuvarda baş verib.
Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, rayon elektrik şəbəkəsinin işçisi sayğaca baxmaq istəyərkən hücuma məruz qalıb.
Rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyənləşib.
Ə.Rufullayev görülən tədbirlərlə saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























