• $
  • €
  • ₽
  • ₺
  • £

Rəisdən təhdidlə 200 min istəyən dəstənin sifarişçisi tutuldu

Rəisdən təhdidlə 200 min istəyən dəstənin sifarişçisi tutuldu
29.05.2020 08:36

Bir neçə ay əvvəl Maliyyə Nazirliyi 5 saylı Qaradağ Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyev və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb edən qrupun həbs olunması ilə bağlı xəbər yayımlamışdıq. 

Sözügedən hadisədə təqsirkar bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  elə yanvar ayında tutulmuşdular.

Nazirliyin yüksək rütbəli məmuruna qarşı cinayətin arxasında həbs olunan iki şəxslə yanaşı sifariş verənin kimliyi də çox maraqlı idi. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, BMCMİ dünən əməliyyat keçirərək, cinayətin sifarişçisini də tutub. Məlum olub ki, nazirliyin şöbə müdirini ölümlə hədələyən, imicinə xələl gətirəcəyi, uşaqlarının oğurlanacağı və digər təhdidlər edən qrupa rəhbərlik edən həmin şəxs hadisədən sonra qaçıb gizlənibmiş. 

Dünən keçirilən əməliyyatla sifarişçi Şirvan şəhərində anadan olan, 66 il təvəllüdlü Namiq Xəlilov Bakıda saxlanılıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol