• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb rəhbəri bufetçini döyüb - VİDEO

Məktəb rəhbəri bufetçini döyüb - VİDEO
10.12.2021 22:15
Tovuzda orta məktəbdə direktor əvəzi olaraq çalışan qadın məktəbin həyətində bufetçi qadınla dalaşıb.
 
Hadisə rayonun Əyyublu kəndi Sahib İskəndərov adına tam orta məktəbdə baş verib.

Uzun illərdir məktəbdə bufetçi işləyən qadın bildirib ki, direktor əvəzi Gültəkin Nəsibova ona bufeti işlətməməsini deyib, o, buna etiraz edəndə isə döyülüb:

"Mənim məktəbin içində dükanım var, bufetdir. Onu qoymur açmağa. Üç aydır məktəb açılandan, qərar veriləndən qoymadı, dedi ki, mən öz adamlarıma verəcəyəm. Məni saçımdan tutub sürümək istədi”, - deyə o bildirib. 

Bufetçini döyməkdə ittiham olunan Gültəkin Nəsibova bildirib ki, həmin bufet qeyri-qanuni tikilidir.

"Kabinetimə daxil olaraq, mənə hücum ediblər. Nalayiq sözlərlə məni təhqir ediblər. Mən öz təhlükəsizliyimi təmin etmək üçün əvvəlcə qayınatama, sonra atama zəng eləmişəm. Qayınatam polisə müraciət edib",- deyə o əlavə etdi. 

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır və araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. (atv)
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol