• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda uşaqlar arasında xəstəlik yayılıb

Bakıda uşaqlar arasında xəstəlik yayılıb
29.05.2020 08:42

Azərbaycanda buna qarşı peyvənd yalnız özəl klinikalarda edilir.

Paytaxtın əksər məktəbəqədər təhsil müəssisələrində mart ayından başlayaraq suçiçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunub. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi isə poliklinkalar vasitəsi ilə məktəb və bağçalara xəbərdarlıq göndərib ki, uşaqlar hər gün tibbi nəzarətdə saxlanılsın və suçiçəyi rast gəlinən uşaqlar müvəqqəti olaraq təcrid edilsin.

Lakin paytaxtda 4 bağçaya baş çəksək də bizə içəridə çəkiliş aparılmasına icazə verilmədiyindən bağçalardakı vəziyyəti və nəzarətin hansı səviyyədə təmin olunduğunu öyrənə bilmədik. 

Uşaq həkimi Arzu Əliyeva bildirir ki, məktəblilər üçün bu karantin müddəti 10 gün, bağça yaşlı uşaqlar üçünsə 21 gündür. Suçiçəyi tutan uşaqları isə ərazi həkimləri evlərə gedərək nəzarətdə saxlamalıdır. 

5 saylı uşaq poliklinikasında son 4 ayda 200-dən çox suçiçəyi xəstəsi nəzarətə götürülüb. 

Qeyd edək ki, suçiçəyinə tutulan xəstələrdə ilkin əlamətlər yüksək hərarət və bədəndə suluqlarla müşahidə olunan qırmızı səpkilərin yayılması, iştahanın və yuxunun pozulmasıdır. Suçiçəyi xəstəliyini keçirmiş hər bir uşaq ömürlük immunitet qazanır.

Hələ ki, Azərbaycanda bu xəstəliyə qarşı peyvənd yalnız özəl klinikalarda edilir. Dövlət hesablı klinikalarda isə suçiçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiya yoxdur. 

Respublikanın baş pediatrı Nəsib Quliyev isə bunu onunla əsaslandırır ki, suçiçəyinə qarşı peyvəndi aparmaq hələ ki vacib deyil, bu xəstəliklərə qarşı tətbiq olunan peyvəndlər təkmil deyil.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol