Bakıda kriminal aləm üzvünü öldürən qohumu olub - YENİLƏNDİ

Dekabrın 10-da Bakının Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qayını Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*******
Bakının Suraxanı rayon sakini Allahverdi Mirzəyevi odlu silahla qaynı Taryel Qurbanov öldürüb, bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs "isti izlərlə” yaxalanıb.
Sözügedən hadisə 43 yaşlı Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib. Allahverdi Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı "Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib.
Allahverdi Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. İllər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























