• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayılda polisə tabesizlik göstərən sərxoş sürücü həbs edilib

Cəbrayılda polisə tabesizlik göstərən sərxoş sürücü həbs edilib
13.12.2021 20:30
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlər zamanı qanunlara məhəl qoymayaraq, tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda prosedur qaydalarına uyğun olaraq "Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə "Saxla” işarəsi veriblər.


Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq, Cəbrayıl rayonu istiqamətində hərəkəti davam etdirib. Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib.


Aparılan araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.


E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol