• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşayış binalarında yerləşən mağazalar saat 23:00-a qədər işləyəcək - YENİ TƏLƏBLƏR

Yaşayış binalarında yerləşən mağazalar saat 23:00-a qədər işləyəcək - YENİ TƏLƏBLƏR
13.12.2021 12:29
Yaşayış binalarında yerləşdirilməsi qadağan edilən ictimai təyinatlı obyektlər müəyyənləşib.

Bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.


Normalara əsasən, insanlara zərərli təsir göstərən aşağıdakı obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmir:

- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

- ixtisaslaşmış balıq mağazaları;

- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

- tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);

- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;

- camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

- ümumi sahəsi 100 m 2- dən artıq olan avtomat telefon stansiyaları;

- ictimai tualetlər;

- dini ayinləri keçirən müəssisələr;

- binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;

- istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);


- baytarlıq klinikaları və kabinetləri;


- təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.

Yaşayış binalarında yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin yerləşdirilməsi qadağan edilib

Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normalarına görə, ”Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin) yerləşdirilməsinə yol veriləcək.

Normalara əsasən, o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol veriləcək.

Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.

Yaşayış binalarında tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.

Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.

Dövlət sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırıldığı təqdirdə, yaşayış binalarında yerləşdirilən ambulator-poliklinik tibb müəssisələrində, üfüqi və şaquli istiqamətdə qonşu sahələr yaşayış təyinatı olmadığı halda şua diaqnostikası kabinetlərinin təşkilinə yol verilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol