Bakıda metroda ölən şəxslə bağlı qandonduran faktlar

Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin müəllimi Əhməd Babayevin "28 May” stansiyasında ölümü ilə bağlı xəbər vermişdik.
"Ölkə.Az" xəbər veririr ki, müəllimin bacısı qızı sosial şəbəkədə metroda ölən dayısının cibindən pul oğurlanması ilə bağlı paylaşım edib:
"Dayımın cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq. Dayım...gözəl insan. Zamanımızda çox az rast gəlinən keyfiyyətli insan...Həyatında bir dəfə belə rüşvət almayan müəllim...Çox ağır xəbər oldu səhər-səhər... Anında istifadə edib cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq? İşə gecikməmık üçün maşından düşüb metro ilə gedir adam, əcəlinə doğru...”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























