• $
  • €
  • ₽
  • ₺
  • £

Ümrə ziyarətinin tarixi açıqlanıb

Ümrə ziyarətinin tarixi açıqlanıb
14.12.2021 11:16
Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.
 
Bunu  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.
 
Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq: "Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda, təxminən, 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".
 
B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".
 
Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol