• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq
14.12.2021 11:42
"Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının çəkdiyi rəsm əsərləri Türkiyədə nümayiş olunacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat veirlib.
 
Bildirilib ki, İdarənin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) "Bədii qiraət”, "Təsviri incəsənət studiyası” və "Uşaq xalq rəqsləri” dərnəklərinin üzvləri 15-19 dekabr 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən tədbirdə iştirak edəcək.
Səfər çərçivəsində "Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” adlı rəqs festivalı, dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək, "Şəhidlərin ruhu ölməzdir” adlı videoçarx nümayiş olunacaq.
 
Məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təcrübə mübadiləsi aparılacaq.
Həmçinin Antalya şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq.
 
"Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol