• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat yas mərasimlərinə icazə verilməsini TƏKLİF ETDİ

Deputat yas mərasimlərinə icazə verilməsini TƏKLİF ETDİ
14.12.2021 11:57
Yas mərasimlərinə də 100-150 nəfərlə keçirilməsinə icazə verilsin.
 
Anews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razı Nurullayev bildirib.
 
"Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ Qərargah və müvafiq dövlət orqanları COVID virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən, insanlar özləri də məsuliyyətli olub və qorunur. Yası düşən adam həyətində başsağlığı qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Operativ Qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edirlər və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər. İkinci məsələ isə dini inancları olan şəxslərlə bağlıdır. Məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edirlər. Ümid edirəm ki, bu məsələ ilə bağlı izahat və açıqlamanı da bu gün, ya sabah eşidərik. Arzum budur ki, aidiyyəti orqanlar deputatların qaldırdıqları məsələlərə mütləq münasibət bildirsinlər. Bir-birimizlə qarşılıqlı anlaşma və hörmət mühitində işləyək ki, münasibətlərimiz gərginləşməsin", deyə deputat qeyd edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol