• $
  • €
  • ₽
  • ₺
  • £

83 yaşlı qadının evinə basqın edən şəxsə hökm oxunub

83 yaşlı qadının evinə basqın edən şəxsə hökm oxunub
14.12.2021 15:14
Gəncə Ağır Cinayətlər Məhkəməndə quldurluq etməkdə təqsirləndirilən Şirzad Heydərovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb
 
Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Hadisə bu il iyulun 13-ü saat 23 radələrində Ağstafanın Aşağı Göycəli kəndində qeydə alınıb.
 
İttihama görə, kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Heydərov maska ilə qonşusu, 83 yaşlı Cəmilə Əliyevanın yaşadığı evə girib, onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alıb, sonra otağın döşəməsini yandırıb ərazidən uzaqlaşıb.
 
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, müəyyən edilərək saxlanılıb.
 
İstintaq orqanları tərəfindən Ş.Heydərovun barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 29,186.2.2-ci (Əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (Qanunsuz olaraq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol