Ata və oğul yaşadıqları evdə bıçaqlanıblar

Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
www.anews.az
1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı K.Süleymanova qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























