• $
  • €
  • ₽
  • ₺
  • £

"Reket jurnalistləri saxlayan nazirlər var"

"Reket jurnalistləri saxlayan nazirlər var"
14.12.2021 17:58
"Media haqqında” qanunun parlamentə təqdim edilməsi zəruridir. Ulu öndər bir neçə qərar vermiş oldu, onlardan biri də senzuranın ləğv edilməsidir”.
 
 Bunu deputat Vahid Əhmədov parlamentdə "Media haqqında" qanunun müzakirəsində çıxış edərkən deyib. 
 
O, çıxışında informasiya əldə etmək hüququndan danışıb: "Rəhmətlik ulu öndərə kim yaxınlaşırdısa, həmişə cavab verərdi. İmkan yaradırdı ki, mətbuat azad olsun. 44 günlük müharibədə medianın ağırlığını İlham Əliyev öz üzərinə götürdü. Belə götürəndə Azərbaycan mediası da müəyyən iş gördü. Qanundakı maddələr ətrafında müəyyən mübahisələr etmək olar. 
 
Biz istəyirik ki, jurnalistlər azad olsun, istədiyi şəxsdən informasiya ala bilsin. Bunun üçün də əsas məsələ medianın maliyyələşməsidir. Bu da reklamla bağlıdır. Reklam və maliyyələşmə məsələsi bu qanunda öz əksini tapmalıdır. Medianın dövlət tərəfindən maliyyələşdirilməsi öz effektini vermir. 
 
Jurnalistlər də şikayətlənirlər ki, reket jurnalistlər çoxalıb. Əlbəttə çoxalıb. Çünki onları saxlayan nazirlər, məmurlar var. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam, amma jurnalistlərin ali təhsil məsələsi şərt olmalı deyil”. 
 
Deputat Fazil Mustafa isə deyib ki, media reyestri tapılmış ən uğurlu variantdır: "Bu reyestrdə jurnalistlər qeydiyyatdan keçməlidir”.
 
Millət vəkili təklif edib ki, media reyestrinə daxil olmağın şərtləri yüngülləşdirilməlidir: "Ali təhsil, əmək kitabçası məsələsi şərt olmamalıdır. Azərbaycan Beynəlxalq Universitetini bitirən tələbələr var. Onlar diplomlarını ala bilməyiblər". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol