• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? – DETALLAR

Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? – DETALLAR
15.12.2021 13:20
"Prezidentin Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi bizdəki "illərin siyasətçilərinin” nə qədər dayaz düşüncəli olduğunu da ortaya qoydu. Axşamdan bu fikir üzərində bəzi düzgün olmayan fikirlər səsləndirilir. Bəs əslində nə baş verib.?”


Mövzunu  şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Prezident çıxışında "Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır” fikirini səsləndirib: "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”.Yəni fikir bundan ibarətdir. Ümumiyyətlə, ehtimala görə müqavilələr imzalansa da, sonrakı əsas problemimiz Zəngəzur dəhlizinin idarəetmə mexanizmi ilə bağlı olacaq”.

Əziz Əlibəyli: "Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli əlavə edib ki, buna görə də, Prezident gələcək hadisələri indidən qabaqlamaqla həm Ermənistana, həm Brüsselə, həm Moskvaya mesajını vermiş oldu. Bunu təkcə bizim "siyasi” kəsim anlaya bilmədi:

1. Laçın dəhlizi təkcə ermənilər üçün nəzərdə tutulur və heç bir beynəlxalq əhəmiyyəti yoxdur.

2. Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli yolları, kommunikasiyaları özündə birləşdirəcək.

3. Prezident iki dəhlizi eyniləşdirməklə əslində Ermənistanın Zəngəzur dəhlizi üzərində yaranacaq təbii üstünlüyünü indidən sıfırlamaq və İrəvan üçün beynəlxalq yox, daxili ərazi əhəmiyyətinə salmaqla iddialarını kiçildir və hərəkətlərini məhdudlaşdırılması niyyətini daşıyır.

4. İndi məlum oldumu ki, Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə nə cür düşdü” – deyə Əlibəyli fikirlərini tamamlayıb.(konkret)


 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol