• $
  • €
  • ₽
  • ₺
  • £

"Spiker çıxışı ilə məni şantaj etdi" - Sabir Rüstəmxanlı

"Spiker çıxışı ilə məni şantaj etdi" - Sabir Rüstəmxanlı
15.12.2021 16:54
"Spiker ya mənim fikirlərimi düzgün başa düşmədi, ya da çıxışı ilə məni şantaj etdi. Guya, Azərbaycanda gedən böyük quruculuq işlərini, qələbəmizi və s. bunların hamsını görmürəm, ancaq qara yaxmaqla məşğulam. Çıxışım hər yerdə var. Orada ancaq məşğulluq məsələsindən danışmışam".

Bunu "Unikal"a açıqlamasında deputat Sabir Rüstəmxanlı ötən gün Milli Məclisin plenar iclasında spikerlə aralarında yaranan mübahisəyə münasibət bildirərkən deyib. 

Deputat bildirib ki, bölgədəki məşğulluq idarələrində caamat bir rayondan o birinə gedir, guya onları növbəyə götürürlər, deyirlər ki, iş olanda sizə məlumat verəcəyik. 

"Vətəndaşlarımız aylarla gedib-gəlir, amma iş düzəlmir. Bunu bütün rayonlarda bilirlər. Məşğulluq idarəsinin də günahı yoxdur. Çünki kənd yeridir, iş ya yoxdur, ya da azdır. Çıxışımda məqsəd diqqəti bu məsələyə cəlb etmək idi ki, "Məşğulluq haqqında" qanuna təklif edilən dəyişiklik o problemi həll edə bilməz. Bu problem daha ciddi müzakirə olunmalıdır. Spiker buna cavab olaraq bildirdi ki,  "Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. Ölkədə görülən işləri hamıdan yaxşı müşahidə edirəm. Bu barədə hamıdan çox yazmışam.  Onda bu Milli Məclis nəyə lazımdır? Burada heç bir qanun haqqında fikir deməyəcəyiksə, onda biz nə üçün yığşırıq? Orada olan alqışlar və söhbətlər mənə qarayaxmaqdır. Guya, ölkədən gedən işləri görmürəm, bunlar o işləri görür, biz buna mane oluruq. Əslində belə deyil. Konkret bir məsələdən danışmışdım".


S.Rüstəmxanlı qeyd edib ki, Vətən müharibəsi zamanı hər gün Azərbaycan və xarici ölkə televiziyalarına müsahibə verib: "Vətən müharibəsinə aid marş və publisistik yazılar yazmışam, böyük poema həsr etmişəm. Həmin günlərdə partiya olaraq Prezidentin yanında olmuşuq".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol