Suxarı məktəbliləri zəhərlədi

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.
ANN.Az Kəpəz TV-yə istinadən məlumat verir ki, zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib.
Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.
Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























