Azərbaycan internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin noyabrında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 2 pillə irəliləyərək 121-ci yerdə qərarlaşıb, bu barədə "Speedtest Global Index” hesabat yayıb.
Ötən ay Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 16,47 MB/S olub.
Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 3 pillə geriləyib və 28,28 MB/S sürətlə 64-cü pillədə qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 181 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (184,65 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,67 MB/S) qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























